Tovuzda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2106 və “Kia” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.(APA)
21:37 15.10.2026
Oxunuş sayı: 56