Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husiləri müasir silahlar əldə etməkdə ittiham edib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin “regional tərəflərin” dəstəyi ilə qabaqcıl silahlar əldə etdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, koalisiya beynəlxalq ictimaiyyəti bu cür texnologiyaların silahlı qruplaşmaların əlinə keçməsinin qarşısını almağa çağırıb.
Koalisiyanın bəyanatında bildirilib ki, husilər ballistik raketlərə, zərbə dronlarına, kamikadze dronlarına və partlayıcılarla təchiz edilmiş sürətli katerlərə malik olan ilk belə silahlı qruplaşmaya çevriliblər.
Koalisiya bu silahların əldə olunmasında regional qüvvələrin iştirak etdiyini iddia etsə də, bəyanatda həmin tərəflərin kimliyi barədə ətraflı məlumat verilməyib.
21:20 15.10.2026
Oxunuş sayı: 57