Moldova XİN Azərbaycanı Müstəqillik Günü ilə bağlı təbrik edib

Moldova Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkələrdəki hesabında paylaşım edilib.
"Azərbaycan xalqını və hökumətini 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbrik edirik! Moldova ölkələrimiz arasındakı dostluq münasibətlərini və səmərəli əməkdaşlığı qiymətləndirir. Dialoqun davam etdirilməsinə və inkişafına ümid edir", - məlumatda vurğulanıb.
10:00 28.05.2025
Oxunuş sayı: 1129