Ümumdünya fətva qurumlarının baş katibi “Crossmedia”ya danışdı: “İslam dinini düzgün təqdim etməliyik”

Bu gün dünyann müxtəlif ölkələrində İslamofobiya geniş yayılıb. Fransa, Niderland, Almaniya kimi ölkələrdə belə hallara daha tez-tez rast gəlmək mümkündür. Fərqli Qərb dövlətləri özlərini demokratik aktorlar kimi təqdim etsələr də, dini ekstresmist meyillər göstərir ki, əslində onlar heç də demokratik deyil. Başqa sözlə desək, Qərb dövlətləri əslində özləri özlərini ifşa edirlər. Eyni zamanda artmaqda olan İslamofobiya müəyyən mənada beynəlxalq siyasətə də təsir edir, nəinki sosial və psixoloji, həm də diplomatik gərginliklərə səbəb olur.
Bu barədə Crossmedia.az-a danışan Ümumdünya fətva qurumlarının baş katibi İbrahim Nəcm bildirib ki, müsəlmanların çoxu İslamofobiya ilə qarşılaşır: “Bu, müxtəlif formalarda olur. Xüsusilə Böyük Britaniya və Almaniya kimi ölkərdə müsəlmanlara qarşı nifrətin şahidi ola bilərik”.
Müsahibimiz qeyd edib ki, mayın 26-27-də Bakıda keçirilən “İslamofobiya diqqət mərkəzində: “ “Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransı İslamofobiyaya qarşı mübarizədə xüsusi əhəmiyyətli olub. Ümumiyyətlə, Azərbaycan bu məsələdə mühüm rol oynamaqla həm də dini tolerantlığa nümunədir. Azərbaycan multikultural ölkədir. Bu, bizi sevindirir. Azərbaycana təşəkkür edirik”.
Onun fikrincə, İslamofobiyanın bu qədər kütləvi olması həm də siyasi faktorlarla bağlıdır: “Biz öhdəmizə düşəni etməliyik. Etməli olduğumuz çox şey var. İlk növbədə İslomofobiyanın mahiyyətini başa düşməliyik. Belə ki, bu tendensiya ilə bağlı informasiya çox olsa da, bilik azdır. Artmaqda olan meyillərin qarşısını almaq üçün hərəkətə keçməliyik. İlk növbədə isə İslam dinini düzgün təqdim etməliyik”.
Müsahibimiz qeyd edib ki, İslamofobiya anlayışı Qərbdə geniş yayılmış bir tendensiyadır və buna qarşı müxtəlif tədbirlər keçirilir. Məsələn, "Muslim Rebels", "Porter", "Frensis" kimi platformalarda bu mövzu müzakirə olunur. Azərbaycan nümayəndə heyəti bu konfranslarda fəal iştirak edir. Bəzi tədbirlərdə İsveç, ABŞ, Fransa və digər Qərb ölkələrinin nümayəndələri ilə birgə İslamofobiyanın artması və bunun qarşısının alınması yolları müzakirə olunur. Azərbaycanın nümayəndələri çıxışlarında İslam dininə hörmətin vacibliyini vurğulayır və İslamofobiyanın təhlükəli nəticələrindən danışırlar. Beynəlxalq tədbirlərdə Azərbaycan liderləri İslamofobiyanı insan hüquqlarına qarşı təhdid kimi qiymətləndirir və bu cür ayrı-seçkiliyə qarşı birgə mübarizəyə çağırırlar. Konfranslarda İslamofobiyanın səbəbləri, Qərbdə müsəlmanlara qarşı münasibətlər və həll yolları müzakirə olunur”.
Kənan Novruzov
19:03 27.05.2025
Oxunuş sayı: 1239