Apple və Nvidia Trampın Ağ Evdəki bal zalı layihəsinə 25 milyon dollar ayırır
“Apple” və “Nvidia” şirkətləri ABŞ Prezidenti Donald Trampın Ağ Evdə tikdirmək istədiyi bal zalının inşası üçün hər biri 25 milyon dollar ianə ayırmağı öhdəsinə götürüb.
Crossmedia.az xəbər verir ki, sızdırılmış sənədlərdə layihə üçün ümumilikdə 333 milyon dollarlıq ianə vədləri əks olunub.
Məlumatlara görə, bu məbləğin ən azı 77 milyon dolları anonim donorların öhdəsinə götürdüyü ianələrin payına düşür.
Sənədlərdə digər donorların kimliyi və onların ayırmağı planlaşdırdıqları məbləğlər barədə əlavə məlumat verilməyib.
22:03 15.10.2026
Oxunuş sayı: 64