Putin: Rusiya neft emalı zavodlarına hücumlara cavab verəcək
Rusiya Prezidenti Vladimir Putin neft emalı zavodlarına, logistika və enerji obyektlərinə endirilən zərbələrə cavab veriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə açıqlamasında Ukraynanın son hücumlarını şərh edib.
Rusiya lideri Kiyevin belə hücumlara başlamazdan əvvəl mümkün nəticələri nəzərə almalı olduğunu deyib. O, Ukrayna tərəfinin marketpleyslərə və digər obyektlərə zərbələr endirməsini də qeyd edib.
Putinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı neft emalı zavodlarına son hücumları ciddi zərər vurmayıb.
20:52 15.10.2026
Oxunuş sayı: 44