Bakı–Şamaxı yolunda ağır qəza: Üç nəfər xəsarət aldı
Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, “Audi” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralıların Bakı şəhərindəki xəstəxanalardan birinə aparıldığı bildirilir.
22:24 15.10.2026
Oxunuş sayı: 68