Rəşad Məcid: "Şuşada Azərbaycanın ilk mətbuat muzeyi yaradılmalıdır"

Şuşada Azərbaycanın ilk mətbuat muzeyi yaradılmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət Universiteti (BDU) və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunmuş Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti mövzusunda beynəlxalq elmi konfransın açılışında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O bildirib ki, Şuşa getdikcə həm də mətbuat mərkəzinə çevrilir: "Bu mənada Şuşada mətbuat muzeyinin yaradılması xüsusi əhəmiyyətli olar".
R. Məcid Azərbaycan mətbuat tarixinin inkişafında Şuşadan olan ziyalıların xüsusi rolunu qeyd etdi.
Kənan Novruzov
10:54 15.05.2025
Oxunuş sayı: 15462