Kəlbəcərdə zəlzələ baş verib

Ağdam stansiyasından 48 kilometr cənub-qərbdə, Kəlbəcər rayonunda zəlzələ qeydə alınmışdır. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 00:35-də maqnitudası 3,7 olan zəlzələ baş verib. Zəlzələ ocağı Yerin 11 kilometr dərinliyində olub.
03:50 08.04.2025
Oxunuş sayı: 1257