Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlanıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Crossmedia.az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 4 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Binəqədi rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.
11:13 04.04.2025
Oxunuş sayı: 1261