Xaçmazda yanğın baş verib

Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasında yanğın olub.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat verib. Binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.
16:40 27.03.2025
Oxunuş sayı: 1184