Mahaçqalada yaşayış binasında partlayış baş verib

Mahaçqalada çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qaz sızması nəticəsində partlayış baş verib, xəsarət alanlar var.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb, onlardan qadın ağır, kişi isə orta ağır vəziyyətdədir.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
12:05 25.03.2025
Oxunuş sayı: 1071