Kanada ABŞ-nin 12 ştatında reklam kampaniyasına başladı

Kanada Xarici İşlər Naziri Melani Coli, ABŞ-nin tətbiq etdiyi gömrük vergilərinə cavab olaraq 12 ştatda reklam kampaniyası başlatdıqlarını açıqlayıb. Kampaniya çərçivəsində Florida, Nevada, Corciya və Nyu-Hempşirdə billboard reklamlarına yer veriləcək.
Crossmedia.az xarici mediaya istinadən məlumat verir ki, ABŞ 4 martda Kanada və Meksikadan idxal olunan məhsullara 25% əlavə gömrük vergisi tətbiq edib. Prezident Donald Tramp bəzi məhsullar üçün tariflərin 2 aprelə qədər təxirə salınacağını açıqlayıb.
Kanadanın Ontario əyaləti isə ABŞ-ə verilən elektrik enerjisinə 25% əlavə tarif tətbiq edəcəyini bildirib. Baş nazir Doq Ford, “ABŞ gərginliyi artırarsa, enerjini tamamilə kəsə bilərik” – deyə xəbərdarlıq edib. Ağ Ev isə bu addımın ciddi nəticələr doğura biləcəyini bildirib.
Mədinə Cəlilova
16:17 22.03.2025
Oxunuş sayı: 951