Polisləri binaya çağırdılar - Gizli bomba partladı
Yunanıstanda yaşayış binasında kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində iki polis əməkdaşı və iki mülki şəxs olmaqla dörd nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “ERT News” bu barədə məlumat yayıb.
Məlumata görə, naməlum şəxs polisə zəng edərək əlindəki narkotik vasitələri təhvil vermək istədiyini bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları qapı açılan zaman gizlədilmiş partlayıcı qurğunun işə düşməsi ilə üzləşiblər.
Partlayış nəticəsində iki polis əməkdaşı və iki mülki şəxs xəsarət alıb.
Hadisə yerinin ətrafı polis tərəfindən mühasirəyə alınıb. Əraziyə yanğınsöndürənlər də cəlb olunub.
Partlayışın başvermə şəraiti və hadisənin digər təfərrüatları araşdırılır.
18:47 21.10.2026
Oxunuş sayı: 50