Çin üç ölkə liderinin üçtərəfli görüşünə hazırlaşır
Çin Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli görüşünə hazırlığa başlayıb. Danışıqların əlverişli şərait yaranacağı təqdirdə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjendə keçiriləcək sammiti çərçivəsində baş tutması mümkündür.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən məlumat yayıb.
Uşakovun sözlərinə görə, sammitə ev sahibliyi edən Çin tərəfi artıq görüşün təşkili ilə məşğuldur. Şərait uyğun olarsa, danışıqlar Şençjendə keçiriləcək tədbirlərin proqramına daxil edilə bilər.
Rusiya prezidentinin köməkçisi bu açıqlamanı Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən söhbətin nəticələrinə dair verib.
Uşakov qarşıdakı üçtərəfli danışıqların gündəliyinə də toxunaraq bildirib ki, Rusiya tərəfi artıq bir sıra praktiki təkliflər hazırlayıb.
18:31 21.10.2026
Oxunuş sayı: 48