Zaxarova Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıqdan danışdı
Rusiya ilə ABŞ iqtisadi layihələri müzakirə edir və bu sahədə əməkdaşlıq üçün potensial mövcuddur.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə açıqlama verib.
O bildirib ki, Moskva Yaponiyanın Ukraynaya pilotsuz uçuş aparatlarının tədarükündə iştirakını Rusiyaya qarşı düşmən addım kimi qiymətləndirir. Zaxarovanın sözlərinə görə, Rusiya bu məsələyə cavab verəcək.
Rusiya və Belarusun İttifaq Dövləti sərhədləri yaxınlığında NATO-nun fəaliyyətini izlədiyini deyən Zaxarova Avropadakı iğtişaşlar zamanı xəsarət alan rusiyalılar barədə məlumatlarının olmadığını qeyd edib.
O, Gürcüstandan içki idxalına tətbiq edilən məhdudiyyətlərin siyasi motiv daşımadığını da bildirib.
Zaxarova, həmçinin oktyabrın 28–29-da Moskvada keçiriləcək Rusiya-Afrika sammitində iştirakla bağlı Afrika ölkələrinin əksəriyyətinin iştirakını təsdiqlədiyini söyləyib.
19:24 21.10.2026
Oxunuş sayı: 63