Kreml rəsmisi Ukraynadakı münaqişənin sonu barədə danışdı
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ukraynadakı münaqişənin başa çatmağa doğru getdiyini bildirib, lakin bu perspektivin nə qədər yaxın olduğunu qiymətləndirməyin hələ çətin olduğunu qeyd edib.
Crossmedia.az xəbər verir ki, Uşakov bu barədə açıqlama verib.
O, həmçinin Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların növbəti raundunun Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilə biləcəyini bildirib.
Danışıqların keçiriləcəyi tarix və gündəliyi barədə isə əlavə məlumat verilməyib.
19:11 21.10.2026
Oxunuş sayı: 59