Mirzoyan: TRIPP vasitəsilə silah və sursat daşınmayacaq
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi vasitəsilə silah və sursat daşınmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Mirzoyan bu barədə açıqlama verib.
Nazirin sözlərinə görə, layihə çərçivəsində silah və sursatın daşınması nəzərdə tutulmur.
TRIPP layihəsi regionda nəqliyyat əlaqələrinin inkişafı və kommunikasiyaların açılması ilə bağlı müzakirələrin əsas mövzularından biridir. Layihənin həyata keçirilməsi ilə bağlı məsələlər isə tərəflər arasında aparılan danışıqlar çərçivəsində gündəmdə qalır.
19:18 21.10.2026
Oxunuş sayı: 63