Azərbaycan millisinin açıq məşqi keçiriləcək
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycanın U-16 milli komandasının oktyabrın 22-də Hövsan Yarış Kompleksində açıq məşqi təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, AFFA bu barədə məlumat yayıb.
Saat 16:30-da başlayacaq məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Məşqi yalnız akkreditasiyadan keçmiş jurnalistlər izləyə biləcəklər.
Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.
Komanda oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Milli oktyabrın 26-da eyni meydançada saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnirdə 189 ölkənin iştirakı və 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.
18:10 21.10.2026
Oxunuş sayı: 54