Tramp Putindən xahiş etdi – amerikalı məhbus azadlığa buraxıl
ABŞ Prezidenti Donald Tramp Rusiyada dörd il əvvəl saxlanılan Amerika vətəndaşı Stiven Habbardın onun şəxsi xahişi əsasında azadlığa buraxıldığını bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ liderinin sözlərinə görə, o, ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Habbardın azad edilməsini şəxsən xahiş edib.
“Baydenin prezidentliyi dövründə, dörd il əvvəl Rusiya tərəfindən saxlanılan Stiven Habbard mənim Vladimir Putinə şəxsən çatdırdığım xahişim əsasında həbsdən azad edilib”, – deyə Tramp bildirib.
O qeyd edib ki, Habbard artıq ABŞ-yə yola düşüb və yaxın vaxtlarda ailəsinə qovuşacaq.
Trampın sözlərinə görə, amerikalının azad olunması müqabilində Vaşinqton Moskvaya heç bir güzəşt etməyib.
“ABŞ bunun əvəzində heç nə verməli olmayıb. Bu, Rusiya üçün görünməmiş haldır. Onun azad edilməsi üçün heç bir məhbus mübadiləsinə ehtiyac yaranmayıb”, – deyə ABŞ Prezidenti vurğulayıb.
16:59 21.10.2026
Oxunuş sayı: 46