Keçmiş generalın ev dustaqlığı ləğv edilib
Moskvada xidməti yanacağın mənimsənilməsində ittiham olunan daxili xidmətin keçmiş general-mayoru Sergey Malkov yenidən istintaq təcridxanasına göndərilib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Bundan əvvəl Moskva Şəhər Məhkəməsinin qərarı ilə Malkov barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi. Lakin istintaqın müraciətindən sonra onun yenidən həbsdə saxlanılması barədə qərar qəbul olunub.
Malkov Rusiya Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə ilə bağlı 160-cı maddəsinin 4-cü hissəsi üzrə araşdırılan işin əsas fiqurlarından biridir. İş üzrə dəymiş zərərin bir milyon rubldan çox olduğu bildirilir.
Araşdırma çərçivəsində Moskva vilayəti üzrə Daxili İşlər Nazirliyinin digər yüksək vəzifəli əməkdaşları — polkovnik Aleksey Suyarov və polkovnik-leytenant Anna Levina, eləcə də “Eurotrans” şirkətinin rəhbərliyi də keçir.
İş üzrə ilkin istintaq Rusiya Daxili İşlər Nazirliyinin İstintaq Departamentinə həvalə olunub. İttihamın mahiyyəti motor yanacağının qanunsuz mənimsənilməsi və bunun nəticəsində əhəmiyyətli maddi zərərin vurulması ilə bağlıdır.
22:19 21.10.2026
Oxunuş sayı: 52