ABŞ “Lukoyl”un xarici aktivlərinin satışına daha bir ay vaxt verib
ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Lukoyl” neft şirkətinin xarici biznesinin satışına icazə verən ümumi lisenziyanın müddətini noyabrın 21-dək uzadıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında bu barədə sənəd dərc olunub.
Qərar Lukoil International GmbH şirkətinin aktivlərinin satışına aiddir. İlkin olaraq lisenziyanın müddəti yanvarın 17-dək müəyyən edilmişdi. Daha sonra bu müddət bir neçə dəfə uzadılıb və sonuncu dəfə oktyabrın 22-dək qüvvədə olub.
Yeni qərara əsasən, aktivlərin satışı üçün alıcı axtarışının son tarixi noyabrın 21-i müəyyən edilib.
23:41 21.10.2026
Oxunuş sayı: 45