Dövlət Komitəsi karyera sərgisində təmsil olunub
Oktyabrın 19-da “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün karyera sərgisi təşkil olunub. Sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi də təmsil olunub.
Sərgi Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Məqsəd Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almış məzunların dövlət qurumları və təşkilatlarla əlaqələrinin genişləndirilməsi, onların peşəkar potensialının ölkənin inkişafına yönəldilməsi, eləcə də əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi olub.
Məzunlara Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, diaspor siyasətinin əsas istiqamətləri, xaricdə yaşayan Azərbaycan icmaları ilə əməkdaşlıq imkanları və həyata keçirilən layihələr barədə məlumat verilib. Eyni zamanda, iştirakçılara komitədə mövcud karyera imkanları, əməkdaşlıq perspektivləri təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
21:43 21.10.2026
Oxunuş sayı: 58