Meksikada İsrailin Qəzzaya hücumları etiraz edildi

Meksikanın paytaxtı Mexikoda onlarla insan yürüş keçirərək İsrailin Qəzzaya hücumlarını etiraz edib.
Crossmedia.az xarici KİV-ə istianadən məlumat verir ki, şəhərin izdihamlı küçələrində Fələstin bayraqları ilə yürüş edən etirazçılar, İsrailin atəşkəsi pozaraq Qəzza zolağına yenidən hücum etməsinə sərt reaksiya göstərib.
Fələstin tərəfdarları Meksika Prezidenti Klaudiya Şeynbaum hökumətindən İsraillə diplomatik əlaqələri kəsməyi tələb edib.
Aksiyaya qatılan nümayişçilər Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün şamlar yandırıb və gül dəstələri qoyublar.
Meksikalı aktivist Benxamin Ortiz İsrailin bombardmanı nəticəsində Qəzzədə həyatını itirən fələstinlilərə diqqət çəkib.
Aksiyada iştirak edən yazıçı və Fələstin tərəfdarı Rui isə Qəzzədə baş verənlərin dəhşətli və olduqca kədərli olduğunu vurğulayaraq, “Meksikanın İsrail ilə yaxın iqtisadi əlaqələri var, burada İsrail üçün vuruşan insanlar da var. Meksika İsrailin etdiklərinə səssiz qalmamalıdır”, – deyə bildirib.
Mədinə Cəlilova
16:05 22.03.2025
Oxunuş sayı: 903