İranda nüvə obyektinin yaxınlığında ZƏLZƏLƏ

İsfahan vilayətinin Natanz şəhərində, İranın əsas nüvə obyektlərindən birinin yerləşdiyi ərazidə, 5 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az İran mediasına istinadən xəbər verir ki, zəlzələ nəticəsində xəsarət alan olmayıb, lakin bəzi kənd evlərinə yüngül ziyan dəyib.
Zəlzələnin nüvə obyektinə təsir edib-etmədiyi hələlik məlum deyil.
13:57 22.03.2025
Oxunuş sayı: 947