Ağdamda silahlı şəxs saxlanılıb

Ağdamda silahlı şəxs tutulub.
Bu barədə Crossmedia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb. Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.
10:55 22.03.2025
Oxunuş sayı: 749