Zelenskinin NATO-ya olan ümidi kəsildi

- ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Volodimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak Ukraynanın NATO-ya üzv olmayacağını böyük ölçüdə qəbul ediblər.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
"NATO məsələsinə gəldikdə, düşünürəm ki, Zelenski və onun sağ əli Yermak, mən hesab edirəm ki, onlar əsasən Ukraynanın NATO-ya üzv olmayacağını qəbul ediblər", – deyə Uitkoff cümə günü amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirib.
12:35 22.03.2025
Oxunuş sayı: 810