İstanbulda gərgin anlar: CHP liderinin çıxışı zamanı iğtişaş baş verib




İstanbulda, Saraçhanedə keçirilən mitinq zamanı gərgin anlar yaşanıb.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, CHP sədri Özgür Özəlin çıxışı zamanı izdiham içərisində bir qrup iğtişaş törədib.
Hadisəyə müdaxilə edən polis qüvvələri, yanan və partlayıcı maddələr atan qrupun qarşısını almağa çalışıb.
Gecə saatlarına qədər davam edən qarşıdurmalar zamanı polis qüvvələri bibər qazı və təzyiqli sudan istifadə edərək qrupları ərazidən uzaqlaşdırmağa çalışıb. Lakin bəzi şəxslər İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) binasına doğru irəliləyərək təhlükəsizlik baryerlərini aşmağa cəhd edib.
Bina qarşısında yaşanan qarşıdurmalar nəticəsində etirazçılar qapı və pəncərələri sındıraraq içəri daxil olub.
Xatırladaq ki, müxalif qüvvələr bir neçə gündür ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılmasına qarşı etiraz aksiyaları keçirirlər.
Aybəniz Səfərova
12:53 22.03.2025
Oxunuş sayı: 1507