FHN Sumqayıtda qanunsuz tikilini söküb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edib.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllədə zəbt edilmiş ərazidə qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
14:35 19.03.2025
Oxunuş sayı: 840