Türkiyənin əfsanəvi hərbçisi: "Trampın səhvi dünyanı nüvə müharibəsinə apara bilər"

Hazırda dünyada bir çox münaqişə və gərginliklər mövcuddur. Azərbaycan və Ermənistan arasında sülh hələ təmin edilməyib, Rusiya Ukrayna müharibəsi davam edir. Üstəlik, ABŞ və Avropa arasında gərginliklər yaşanır. Bütün bunlarla yanaşı, Türkiyənin bölgədəki rolu və sülhün təmin edilməsi üçün atdığı addımlar da müzakirə mövzusudur.
Belə ki, rəsmi Ankara fərqli bölgələrdə aparıcı aktor kimi öz rolunu oynamaqda, sözünü deməkdədir.
Türkiyənin tanınmış hərbi eksperti, İraqda, Şərqi Anadoluda bir çox əməliyyatlarda iştirak edən polkovnik Mithat Işık Crossmedia.az-a geniş müsahibə verib.
- Azərbaycan və Ermənistan arasında hələlik sülh müqaviləsi imzalanmır. Sizcə, bunun gerçək səbəbi nədir?
- Fransa və xüsusilə erməni diasporu Azərbaycan və Ermənistan arasında imzalanacaq bir razılaşmadan narahat olurlar. Razılaşma olanda Türkiyə- Ermənistan sərhəd qapıları açılacaq. Ermənilər türkləri tanıyacaq, Türkiyə və türk xalqını erməni xalqına qarşı düşmənliyinin olmadığını anlayacaq. Xalqın rifahı artacaq. Erməni diasporunun yalan təbliğatı
ortaya çıxacaq.
- Ermənistan son günlər hərbi təxribatlarını intensivləşdirib. Bu nəyə işarədir?
- Prosesdə mümkün sülh razılaşmasından narahat olan Fransa, erməni diasporu və qismən İsrailin təsiri var.
- Ermənistanın hazırkı ağır vəziyyətində Fransa və Avropa İttifaqının (Aİ) rolu nədir?
- Dediyim kimi, Fransa və bəzi Aİ ölkələri razılaşmadan narahatdırlar. Ermənistana silah satırlar. Qafqazdakı sülh və Türkiyə-Azərbaycan ittifaqından çox narahat olurlar. Bölgədə sülh təmin olunanda ticarət, zənginlik, rifah artacaq. Türkiyənin bölgədə təsir güclənəcək, Türk dünyası ilə qurudan əlaqə yaradılacaq.
-Cənubi Qafqazda yeni bir müharibə riski varmı?
-Hazırda belə bir risk yoxdur. Azərbaycanla Ermənistan arasınsa sülh təmin ediləndə bölgə ölkələri arasında dostluq və ticarət artacaq.
-Rusiya-Ukrayna müharibəsinin nəticəsini necə görürsünüz? Yaxında sülh olacaqmı?
-Müharibədən hər iki ölkə yoruldu, hər iki tərəf böyük itkilər verdi, iqtisadi itkilər artdı. Müharibə hər iki ölkədə böyük faciələrə və dağıntılara səbəb oldu. ABŞ və bəzi Aİ ölkələri Rusiyanı zəiflətmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskini istifadə etdi. Ukrayna xalqı kütləvi daxili və xarici miqrasiyaya məcbur qaldı. Rusiya iqtisadi itkilər yaşadı, lakin bu, ABŞ və Aİ-nin gözlədiyi kimi olmadı. Nəticədə olan Zelenskiyə oldu. O, ölkəsini çökdürdü. Kiyev şərtsiz olaraq ABŞ-yə təslim oldu. Qısa müddət ərzində sülhün əldə olunacağı və Rusiyanın sərhədlərini Dnepr çayına qədər genişləndirəcəyi gözlənilir.
-Yaxın şərqdə mövcud durumu necə dəyərləndirirsiniz? İsrail-Fələstin müharibəsi nə qədər sürəcək?
-Yaxın Şərqdə müharibənin bitməsi üçün bölgə ölkələri aralarındakı problemləri özləri həll etməlidir. ABŞ-nin bölgədə iştirakını təmin edəcək bəyanatlardan və hərəkətlərdən çəkinməlidirlər. Məzhəb ayrılıqlarına son verməli, demokratiya, şəffaflıq, insan haqları və hüququn aliliyi kimi sahələrdə islahatlar aparmalıdırlar.
Bölgədə regional paktlar qurmalı, iqtisadi birliklər yaratmalıdırlar. Suriyanın və İraqın ərazi bütövlüyünü, eləcə də paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləməlidirlər. Bu məsələlərdə qətiyyətli mövqelərini açıq şəkildə bəyan etməlidirlər.
-PPK terror təşkilatı onların həbdə olan lideri Abdullah Öcalanın çağırışı ilə təslim olduğunu açıqladı. Türkiyəyə yönələn terror təhdidinin tamamilə sona çatdığını düşünürsünüzmü?
-PKK xarici dəstəkli, bölücülük və ayrılıq məqsədi güdən bir terror təşkilatıdır. APO-nun nun istifadə müddəti bitib. Türkiyə terrora qarşı mübarizədə, terror təşkilatlarının fəaliyyət göstərməyəcəyi qədər zəifləyib. Bölgə əhalisi terrora dəstək verməmişdir. Terror təşkilatı Kürd xalqına zülm etmiş və onları qətlə yetirmişdir. Terrora dəstək verən ABŞ və Aİ ölkələrinin gözlədiyi baş vermədi. Məqsəd Suriyada muxtar bir bölgə yaratmaqdır, lakin burada uğur qazanmayacaqlar. PKK, PYD və YPG-nin tamamilə məhv edilməməsi üçün yeni bir layihə həyata keçirmək istəyir, məqsədləri Türkiyəni zəiflətmək, Suriyanı bölmək və İsrailə təhdid yaratmamaqdır. Türkiyə və bölgə ölkələri Suriyaya dəstək verməlidir. Suriya hökuməti, bütün Suriya xalqını əhatə edən qanunlar qəbul etməlidir. Türkiyə bölgədəki silahlı təşkilatların silahlarını təhvil verməsi yönündəki qətiyyətini davam etdirir. Türkiyə Suriyada və İraqda terrorçuların yerləşməsinə qarşıdır. Terrorun tamamilə ortadan qalxması üçün Türkiyə qəti mövqeyindən geri çəkilməməlidir. APO-un çağırışı, KCK-nın bütün tərkibləri üçün nəzərdə tutulub. Kandil daxili və xarici, Almaniya, İsveç, Fransa, bütün Aİ ölkələri, Suriyaya, İraqa və digər yerlərə aiddir. Ya gerçək faktlar olacaq, ya da məhv ediləcəklər.
-ABŞ-dəki Donald Tramp hökuməti dünyaya nə vəd edir?
-Tramp gücünə güvənərək Kanada, Panama və Qrelandiyanı istəyir. Dünyanı təhdid edir. Qəzzəda özünə uyğun bir quruluş yaratmaq istəyir. Panama üzərindən keçən ticarət gəmilərinin 80%-i Çinə aiddir. Qəzzəda Fələstin xalqı ölümə meydan oxuyaraq torpaqlarını müdafiə edir, evlərini tərk etmirlər. Tramp yəhudi lobisinin və Netanyahu-nun təhriklərinə getməməlidir. Trampın səhvi dünyanı nüvə müharibəsinə sürükləyə bilər.
-ABŞ ilə Avropa arasında davam edən gərginlik NATO-ya necə təsir edəcək?
-Tramp NATO ölkələrinin müdafiə xərclərini artırmalarını istəyir. Bu mövzuda haqlıdır. Belə ki, Avropa İkinci Dünya müharibəsindən sonra təhlükəsizliyini ABŞ və NATO-ya təhvil verdi və yetərli hərbi xərcləmə etmədi. Kiçik, təhsilsiz və gücsüz ordularla vəziyyəti idarə edirdilər. NATO ordusunu Türkiyə və ABŞ yaratdı. Trampın açıqlamalarından sonra Avropa narahat oldu. Aİ, Avropa ordusu qura bilməz, ən doğru addım Türkiyəni Aİ-yə qəbul etmək və bu şəkildə Avropa ordusunu qurmaq olardı. NATO mövcudluğunu davam etdirəcək. Alyansın dağılması ABŞ üçün də sərfəli olmaz, çünki ABŞ ordusunun istifadə etdiyi limanlar, hava limanları və lojistik bazaların əksəriyyəti Avropadadır. NATO genişlənmə strategiyasından imtina etməlidir. Həm NATO, həm də Aİ Türkiyəsiz işləyə bilməz. Türk ordusu dünyada döyüş təcrübəsi ən yüksək olan ordudur. Həm nizami müharibədə, həm də terrorla mübarizədə və qeyri-nizami döyüşlərdə təcrübəli bir ordudur. Türk Silahlı Qüvvələri eyni anda iki cəbhədə savaşacaq gücdədir.
Nuray Qurbanlı
Aydan Quliyeva
10:38 19.03.2025
Oxunuş sayı: 1020