Mövqelərimiz atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bu barədə Crossmedia.az Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 18-i saat 16:40-dan 18:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
20:46 18.03.2025
Oxunuş sayı: 1414