Cəlilabad morquna gətirilən 34 yaşlı kişi ölməyibmiş - YENİLƏNİB

Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin səhhəti ilə bağlı TƏBİB açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu gün saat 12:00 radələrində 1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs mexaniki asfiksiya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabildir, reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
XXX
21:11
Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.
Crossmedia.az xəbər verir ki, hadisə bu gün rayonun Tahirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal Quliyevin meyiti evdə aşkarlanıb.
Daha sonra onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Lakin sonradan X.Quliyevin ölmədiyi, komatoz vəziyyətdə olması aşkar edilib. O dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
21:42 15.03.2025
Oxunuş sayı: 854