“Otdıx” restoranında nöqsanlar aşkarlandı - FOTOLAR






Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus “Otdıx” restoranında AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib.
Baxış zamanı iaşə müəssisəsinin mətbəx hissəsində
havalandırma sisteminin mövcud olmadığı, sanitar-gigiyenik tələblərin
pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, həmçinin
istehlaka təqdim edilən heyvan mənşəli məhsulların (quş əti və balıqlar)
müvafiq icazə sənədlərinin olmadığı, çalışan işçilərin tibbi müayinədən və
gigiyenik təlimlərdən keçirilmədiyi müəyyən edilib. Emal edilmiş məhsullardan və
ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla
bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə
uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
10:58 07.03.2025
Oxunuş sayı: 1917