Qatarda texniki problem yarandı: sərnişinlər düşürüldü

"28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.
Bu barədə Crossmedia.az Bakı Metropoliteninin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, həmin qatarın əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.
18:48 06.03.2025
Oxunuş sayı: 587