Sumqayıtda tikilidə yanğın başlayıb

Sumqayıtda tikilidə yanğın başlayıb.
Crossmedia.az-ın xəbərinə görə, hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən fakt təsdiqlənib.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
YENİLƏNİB
Yanan tikilinin narkomanlar üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.
Crossmedia.az xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.
12:37 06.03.2025
Oxunuş sayı: 979