Məşhur aktrisanın atasına hökm oxunub


Dələduzluqda təqsirləndirilən “Sosial Adaptasiyanın İnkişafına Yardım” İctmai Birliyinin sədri Şahid Qurbanova hökm oxunub.
Crossmedia.az xəbər verir ki, Yasmal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq – təkrar törədildikdə), 178.2.3 (Dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Şahid Qurbanova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İş materiallarından məlum olur ki, Şahid Qurbanov bir neçə nəfərə qarşı dələduzluq əməli törədib. O, Elxan Ələddin oğlu Qasımovun Fövqəladə Hallar Nazirliyinə işə düzəltmə adı ilə 10 min manat pulunu ələ keçirib.
Məmmədov İlham İslam oğlu Məmmədovdan 9 min manat, Akif Rəhim oğlu Akiflidən isə 14 min 900 manat alaraq, işə düzəldəcəyini və onları mənzillə təmin edəcəyini vəd edərək müxtəlif məbləğlərdə ziyan vurub.
Qeyd edək ki, Şahid Qurbanov aktrisa Zarina Qurbanovanın atasıdır.
22:44 05.03.2025
Oxunuş sayı: 1280