İnformasiya Texnologiyaları İnstitutunun doktorantı yeni vəzifəyə təyin edilib

ETN İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Araz Mustafa Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnonologiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Mustafa 15 ildən çoxdur ki, informasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərərək müxtəlif vəzifələrdə çalışıb. Hazırda İnformasiya Texnologiyaları İnstitutunda sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatlar aparır. Tədqiqat işinin əsas məqsədi sosial təyinatlı kiberfiziki sistemlərdə toplanan fərdi məlumatlar, tətbiq sahələri, o cümlədən, sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyi sahəsində mövcud problemlərin analizi, fərdi məlumatların qorunması, risk prioritetlərinin müəyyən edilməsi və s. kimi məsələlərin araşdırılmasından ibarətdir.
18:46 05.03.2025
Oxunuş sayı: 1857