Bahar Muradova: "Qanunverici orqanda qadınların təmsilçiliyi artıb"

Son 20 ildə qanunverici orqanda qadınların təmsilçiliyi artaraq 11,2 %-dən 20,8 %-ə çatıb.
Crossmedia.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova martın 5-də Bakıda “Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, dövlət qulluqçuları arasında 29,7%-lik iştiraka malik qadınlar, hakimlər korpusunda, hüquq-mühafizə orqanlarında və vəkillər arasında sıralarını daha da genişləndirməkdədir:
"Onların informasiya texnologiyaları və süni intellektə marağı daha da artmış, rəqəmsal iqtisadiyyatda geniş imkanlar əldə ediblər. Ölkəmizdə qadınların təhsil, sahibkarlıq və əmək bazarına çıxışı son illərdə daha əlçatan olub".
B.Muradova bildirib ki, qadınlar dünyada sülh, təhlükəsizlik, rifah və inkişaf naminə mübarizəyə töhfələr verir, güclü, inklüziv cəmiyyət quruculuğunda, ictimai həyatda daha fəal iştirak edirlər.
18:03 05.03.2025
Oxunuş sayı: 2326