Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Martın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 qumbara, 11 tüfəng və 4002 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10:00 05.03.2025
Oxunuş sayı: 3769