Qanunsuz silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Martın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 9 qumbara, 6 alışdırıcı, 25 tüfəng, 2 patron darağı və 1889 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10:14 04.03.2025
Oxunuş sayı: 487