CROSSMEDIA - Qubadlı, Zəngilan və Cəbrayılda istismar olunmuş qum-çınqıl yataqlarında torpağın əvvəlki qaydaya qaytarılması üçün işlər aparılıb
Sosium

Qubadlı, Zəngilan və Cəbrayılda istismar olunmuş qum-çınqıl yataqlarında torpağın əvvəlki qaydaya qaytarılması üçün işlər aparılıb

"2021-ci ildən indiyə qədər Qubadlı rayonunda 20, Zəngilanda 25, Cəbrayılda isə 14 istismar olunmuş qum-çınqıl yataqlarında torpağın istismardan əvvəlki qaydaya qaytarılması üçün təmir-bərpa işləri aparılıb". - bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun bu gün Zəngilanda keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, tullantıların təmizlənməsi, tullantıların idarə edilməsi və yanğın təhlükəsizliyi ilə bağlı mərkədə Ekologiya Nazirliyinə dəstək naminə işlər aparılır.

"Məqsəd işğaldan azad edilmiş ərazilərdə təbii landşaftın qorunmasıdır", - xüsusi nümayəndə vurğulayıb. (Trend)

13:10 27.02.2025

Oxunuş sayı: 799

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR