Samuxda oğul atasına balta ilə xəsarət yetirib - YENİLƏNİB

Samuxda oğulun atasınına balta ilə xəsarət yetirməsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma başlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eqşin Qasımov bildirib.
Qeyd olunub ki, müvafiq ekspertiza təyin edilib, ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. (Apa)
XXX
10:55
Samuxda oğul atasına balta ilə xəsarət yetirib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirib.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
15:20 22.02.2025
Oxunuş sayı: 4472