Goranboyda yük maşını körpüdən aşıb, sürücü ölüb

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən aşıb.
Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)
17:52 08.02.2025
Oxunuş sayı: 5147