CROSSMEDIA - Himalay Məmişov: "Prezidentin Sərəncamı ilə pensiyalar indeksləşdiriləcək"
Sosium

Himalay Məmişov: "Prezidentin Sərəncamı ilə pensiyalar indeksləşdiriləcək"

Prezident İlham Əliyevin Sərəncamı ilə hər il pensiyaların indeksləşdirilməklə artırılması eyni zamanda istehlak qiymətləri indeksinin əvvəlki il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması təmin olunur.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişovun Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, yeni Sərəncam bu istiqamətdə növbəti artımı təmin edir.

Belə ki, bu il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin ötən il üzrə orta illik səviyyəsinə uyğun olaraq 2,2 faiz indeksləşdirilərək artırılır.(Trend)

21:52 05.02.2025

Oxunuş sayı: 453

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR