Sumqayıtda narkotik istifadəçilərinin rəsmi sayı açıqlanıb
Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.
Sumqayıt şəhər Narkoloji Dispanserin verdiyi məlumata görə, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 5 min 695 nəfərdir.
Qeyd olunub ki, narkotik istifadəçilərinin sayı isə 4 min 145 nəfərdir. Onlardan 97-si qadındır.
Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 550 nəfərdir. Onlardan 24-ü zərif cinsin nümayəndəsidir.
Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-45 yaş arasında olan şəxslərdir.(Report)
20:04 03.02.2025
Oxunuş sayı: 613