Ağcabədidə əl qumbarasının partlaması nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANIB
Yanvarın 31-də Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alan iki nəfərin (qadın) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.
Bu barədə TƏBİB məlumat verib.
Məlumata görə, hazırda yaralıların vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Xatırladaq ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
15:41 03.02.2025
Oxunuş sayı: 598