Deputat Şabran rayonunda vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Mahir Süleymanlı tərəfindən 25 yanvar tarixində Şabran rayonunun Gəndov kəndində növbəti vətəndaş qəbulu keçirilib.
Görüşdə vətəndaşlar sosial məsələlər, məşğulluq, yolların təmiri, su və qaz təchizatı və digər vacib məsələlərlə bağlı müraciətlər ediblər. Yerində həlli mümkün olan müraciətlər dərhal təmin edilib, aidiyyəti qurumların səlahiyyətinə aid olan məsələlər isə müvafiq istiqamətdə yönləndirilməsi üçün qeydə alınıb.
Bundan əlavə, millət vəkili şəhid baş gizir Füzuli Salahovun ailəsini ziyarət edib. Şəhidin anası Sevda Salahovanın qayğı və ehtiyacları ilə maraqlanıb.
09:07 26.01.2025
Oxunuş sayı: 2955