CROSSMEDIA - Tanınmışlara qarşı kiberdələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Hadisə

Tanınmışlara qarşı kiberdələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

Sosial şəbəkələrdə tanınmışlara onların profillərində olan dostlarının adından müraciət edərək pul istəyən və bu yolla kibertalama əməllərinin törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Crossmedia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Bakı şəhəri ərazisində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədov saxlanılıblar.

Onların bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.

16:22 23.01.2025

Oxunuş sayı: 1070

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR