CROSSMEDIA - Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
Hadisə

Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkar edilib.

Bu barədə Crossmedia.az Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarının Bakı şəhəri Binəqədi rayonunda həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və icarəsində olan anbardan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış 182 600 ədəd siqaret aşkar edilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

16:02 23.01.2025

Oxunuş sayı: 1051

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR