Fuji-nin yeni “Instax” kamerası inqilabi xüsusiyyətlə gəlir
- Yeni “Instax Wide Evo”, 2022-ci ildə təqdim olunan “Instax Mini Evo” modelinin təkmilləşdirilmiş versiyasıdır. Kamera, “Instax Wide” ani film formatını istifadə edərək geniş bucaqlı çaplar edə bilir. Bundan əlavə, çəkilən fotoların redaktə edilməsi, paylaşılması və saxlanılması üçün rəqəmsal funksiyalarla təchiz olunub.
- Cihazın 16.67 mm ekvivalent linzası, “Instax” seriyasının ən geniş bucaqlı linzası olaraq seçilir. “Standart” və “ekstra geniş format” seçimləri təqdim edən “Wide Evo”, 10 linza effekti və 10 film effekti ilə cəmi 100 fərqli kombinasiya yarada bilir. İstifadəçilər, “Degree Control” funksiyası sayəsində effektlərin intensivliyini tənzimləyərək fərdiləşdirilmiş fotolar əldə edə bilərlər.
- “Instax Wide Evo”, 3.5 düymlük LCD ekranı ilə fotoların redaktə edilməsinə və çap üçün hazır vəziyyətə gətirilməsinə imkan yaradır. Kamera, daxili yaddaşında təxminən 45 foto saxlaya bilir, lakin “microSD” kart dəstəyi ilə bu tutum artırıla bilər. Tək şarjla 100-ə qədər foto çap edə bilən cihaz, həmçinin “iOS” və “Android” cihazlarla simsiz çap dəstəyi təqdim edir.
- Bundan əlavə, “Fujifilm”-in yeni “Discover” platforması istifadəçilərə digər “Wide Evo” sahiblərinin paylaşdığı fotolara daxil olmaq imkanı yaradır. Marka, həmçinin “Brushed Metallics” adlanan, tünd metalik çalarlara sahib yeni bir film paketini də təqdim edib.
- Nərgiz Camalzadə
16:13 21.01.2025
Oxunuş sayı: 884